DÜNYA


Ankarada Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra üçtərəfli Sammit işə başlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuat üçün qapalı keçirilən danışıqlarda Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub. Görüşlərdə hər iki ölkənin Xarici İşlər, Enerji, Müdafiə nazirləri, digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Astana formatında üçtərəfli Sammit öz işinə başlayıb. Zirvə görüşündə əsas müzakirə mövzusu Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətdir. Prezidentlər suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparırlar.

Xatırladaq ki, Suriya problemi üzrə Astana formatı 2017-ci ilin yanvarında Rusiya, İran və Türkiyə liderlərinin təşəbbüsü ilə yaranıb. Həmin vaxt Qazaxıstanın paytaxtında danışıqların 13 raundu keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.