CƏMİYYƏT


Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir

Ankara, 23 yanvar, AZƏRTAC 

Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının “Meşələrin təbii sərvətlərinin qorunması və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: qanunvericilik və təcrübə” mövzusuna həsr olunmuş toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən toplantıya TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının və Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik edir.

İki gün davam edəcək toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan deputatlar və ekspertlər iştirak edirlər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.