DÜNYA


Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı keçirilib

Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı keçirilib

Ankara, 29 yanvar, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti toplantısı keçirilib.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, toplantıda Türkiyənin təhlükəsizliyinə təsir edən məsələlər, o cümlədən terrorizmlə mübarizə məsələləri müzakirə olunub.

Toplantı ilə bağlı açıqlamada bildirilir ki, Şuraya PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla, Türkiyənin milli birliyinə və sosial həyatına qarşı yönələn bütün təhdid və təhlükələri dəf etmək üçün ölkə daxilində və xaricdə əzm, qərarlılıq və bacarıqla həyata keçirilən antiterror əməliyyatlarının nəticələri barədə məlumat verilib.

Bildirilir ki, Şərqi Aralıq dənizi və Kiprdə beynəlxalq hüquqa söykənən bütün haqlarını qorumaqda qərarlı olan Türkiyə sülh, sabitlik və rifah naminə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdə davam edəcək.

Şura bu məsələlərdə məsuliyyət daşıyan bütün beynəlxalq tərəfləri üzərilərinə düşən öhdəliklərə əməl etməyə dəvət edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.