DÜNYA


Ankarada Türkiyə-Qırğızıstan əlaqələrinin inkişaf yolları müzakirə olunub

Ankara, 9 iyun, AZƏRTAC

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türkiyə Respublikasına səfər edib.

AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında təkbətək, sonra isə heyətlərarası görüş keçirilib.

Türkiyə ilə Qırğızıstan arasında əməkdaşlıq sənədləri imzalanandan sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib.

Prezidentlər birgə mətbuat konfransında ifadə ediblər ki, keçirilən görüşlərdə Türkiyə-Qırğızıstan münasibətlərinin inkişaf istiqamətləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümünü təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bu baxımsızlığı ilk tanıyan ölkə olub.

Prezidenti Sadır Japarov diqqətə çatdırıb ki, səfər çərçivəsində Türkiyə sərmayəsinin Qırğızıstana cəlb olunması ciddi şəkildə müzakirə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.