SİYASƏT


Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərləri görüşüblər

Ankara, 2 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, AKP-nin Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub.

Görüşdə Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.

YAP-ın və AKP-nin Gənclər birliklərinin rəhbərlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.