DÜNYA


Ankarada çoxmərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub

Ankara, 10 mart, AZƏRTAC

Ankaranın Plevne məhəlləsində yerləşən dördmərtəbəli yaşayış binasında aşkarlanan qəza vəziyyəti səbəbindən sakinlər təxliyə olunub.

AZƏRTAC xəbər verir ki, təxliyə martın 10-da yerli vaxtla saat 4.30-dan başlanaraq həyata keçirilib. Buna səbəb altı il əvvəl tikilən binanın əsas sütunlarında əmələ gələn çatların sürətlə genişlənməsi olub. Bildirilir ki, Ankara valiliyi ən qısa zamanda binadakı 21 mənzilin sakinlərini müvəqqəti yerləşdirmək üçün müvafiq addım atacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.