DÜNYA


Ankarada güclü külək səbəbindən ölüm hadisəsi baş verib

İstanbul, 15 avqust, AZƏRTAC

Bu gün səhər saatlarından Türkiyənin Ankara şəhərində güclü külək səbəbindən inşaat sütununun aşması nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Ankara valisi Vasip Şahin sosial media hesabında paylaşım edib.

Bildirilib ki, xəstəxanaya çatdırılan həmin şəxslərdən biri ölüb, digər iki nəfərin isə müalicələri davam edir.

Əlverişsiz hava şəraiti İstanbulda da fəsadlara səbəb olub.

Şəhərdə yağan şiddətli yağış səbəbindən tarixi Kapalıçarşının bəzi hissələrini, eləcə də bir sıra digər iş yeri və alt keçidləri su basıb. Göksu və Küçüksu dərələrindən palçıqlı su Bosfor boğazına axıb. Şəhərin bir sıra yollarında irimiqyaslı gölməçələr yaranıb.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.