SİYASƏT


Ankarada keçirilən Səfirlər Konfransı başa çatıb

Ankara, 11 avqust, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində rəsmi açılışı keçirilən “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII Səfirlər Konfransı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konfransın nəticələri ilə bağlı avqustun 11-də Ankarada mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, konfrans çərçivəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyi, iki qardaş ölkənin ortaq diplomatik fəaliyyətinin hədəfləri, qarşıda duran vəzifələr barədə iştirakçılara müfəssəl məlumat verib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Sloveniyanın Prezidenti Borut Pahor, ATƏT-in Baş katibi Helqa Maria Şmid və digər xarici qonaqlar, o cümlədən Türkiyə hökumət üzvləri səfirlər konfransında çıxış ediblər.

Qeyd edək ki, ənənəvi səfirlər konfransı Türkiyə və regionu maraqlandıran hadisələri, mövcud çağırışları və imkanları müzakirə etmək baxımından mühüm platforma olacaq. Tədbir çərçivəsində aparılacaq müzakirələr xarici siyasət kontekstində daxili planlar hazırlamaq və qurumlararası koordinasiya yaratmağa töhfə verməklə yanaşı, xalq diplomatiyası baxımından da mühüm rol oynayır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.