ELM VƏ TƏHSİL


Ankarada kompüter elmləri sahəsində ən son yeniliklər  barədə fikir mübadiləsi aparılacaq

Bakı, 25 sentyabr, AZƏRTAC

Noyabrın 10-11-də Türkiyənin Ankara şəhərində “Nəzəri və tətbiqi informatika və mühəndislik” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev konfransın elmi komitəsinin üzvüdür.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə kompüter elmləri və mühəndislik sahəsində ən son yeniliklər, elmi tədqiqatlar müzakirə olunacaq.

Data Mining, elektron kommersiya, elektron səhiyyə, modelləşdirmə, sistem və idarəetmə, kompüter şəbəkəsi və arxitektura, proqram mühəndisliyi və s. konfransın əsas istiqamətlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.