DÜNYA


Ankarada mərhum səfir Andrey Karlovun büstü qoyulub

Ankara, 25 noyabr, AZƏRTAC

Ankarada Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun büstünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılışda Türkiyə və Rusiyadan rəsmi şəxslər, diplomatlar, mərhum səfirin ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər böyük diplomatik təcrübəyə malik mərhum A.Karlovun həyat yolundan, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafı yolunda göstərdiyi səylərdən danışıblar.

Xatırladaq ki, səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı qətlə yetirilib. Qətildən dərhal sonra Türkiyə və Rusiya tərəfləri dövlət səviyyəsində açıqlama veriblər ki, bu, terror aktıdır və iki ölkə arasındakı münasibətləri pozmaq məqsədi daşıyır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.