MƏDƏNİYYƏT


Ankarada yeniyetmə həmyerlimizin rəsm sərgisi keçirilib

Ankara, 12 noyabr, AZƏRTAC

Azərbaycanın Ankaradakı səfirliyində həmyerlimiz, yeniyetmə rəssam Leyli Heydərlinin fərdi sərgisi keçirilib. Rəsmi şəxslər, o cümlədən millət vəkilləri, Ankarada Azərbaycanı təmsil edən soydaşlarımız sərgini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə açılan sərgi “Leylinin rəngli dünyası-3” adı altında ziyarətçilərə təqdim olunub. Azərbaycanın təbiət mənzərələri, dövlət atributlarımız, rəssamın öz təxəyyülü ilə fırçalanan mövzular istedadlı yeniyetmənin yaradıcılığında xüsusi mövzular təşkil edir. L.Heydərlinin fırçasının və rənglərin gücü ilə həyat verdiyi portretlər onun tükənib-bitməyən Azərbaycan sevgisini tərənnüm edir. Rəssamlıq yolunda uğurla addımlayan L.Heydərlinin rəng seçimindəki məharəti onun yaradıcılığına xüsusi bir gözəllik bəxş edir. Leyli Heydərli səfirliyimizin diplomu ilə təltif olunub.

Qeyd edək ki, hazırda Bakıdakı 6 saylı məktəb-liseyin səkkizinci sinfində təhsil alan Leyli Heydərli buna qədər iki uğurlu fərdi sərgi keçirib. Bir sıra müsabiqələrin qalibi olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.