MƏDƏNİYYƏT


Ankaradakı Heydər Əliyev Məktəbində Ulu Öndərə həsr olunan mərasim keçirilib

Ankara, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə daha bir tədbir Ankaradakı Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Məktəbin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, səfirlik təmsilçilərinin də iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlanıb. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.

Şagirdlər Ulu Öndərə həsr etdikləri şeirləri oxuyublar. Azərbaycan musiqiləri səsləndirilib.

Məlumat verilib ki, şagirdlər məktəbdə təşkil olunan şeir, inşa və rəsm müsabiqəsində fəal iştirak ediblər.

Tədbir çərçivəsində müsabiqənin qalibi olan məktəblilərə mükafatlar təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.