DÜNYA
Ankaradakı “Kızılay” meydanının adının “15 iyul Kızılay demokratiya meydanı” kimi dəyişdirilməsi təklif olunur
Bakı, 26 iyul, AZƏRTAC
Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçek Fetullahçı Terör Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi zamanı çoxlu sayda insanın şəhid olduğu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının önündəki meydana “15 iyul şəhidlər meydanı” adının verilməsini, vətəndaşların demokratiya keşiyində durmağa davam etdiyi “Kızılay” meydanının adının isə “15 iyul Kızılay demokratiya meydanı” kimi dəyişdirilməsini təklif edib. Bələdiyyə sədri bu meydanların mərkəzlərində 15 iyul şəhidlər abidəsinin qoyulacağını deyib. M.Gökçek bununla bağlı təklifləri Bələdiyyə Məclisinin iclasında müzakirə olunması üçün təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında İstanbuldakı Boğaziçi körpüsünün adının “15 iyul şəhidləri” olaraq dəyişdirilcəyini söyləyib.