SİYASƏT


Ankaranın Atakule qülləsi üzərində Azərbaycan bayrağı əks olunub VİDEO

Ankara, 27 sentyabr, AZƏRTAC

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq şou yerli kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.