SİYASƏT


Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb VİDEO

Ankara, 29 sentyabr, AZƏRTAC

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglərilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

AZƏRTAC xəbər verir ki, Atakule üstündəki işıq-şou Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə təşkil olunub.

Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.