CƏMİYYƏT
Ankaranın Etimesgut rayonunda Anım Günü ilə əlaqədar nəhəng tablo yerləşdirilib
Ankara, 27 sentyabr, AZƏRTAC
27 sentyabr - Anım Günü qardaş Türkiyədə də müxtəlif formalarda qeyd olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin dövlət qurumları, yerli hakimiyyətlər orqanları və geniş ictimaiyyət hər zaman olduğu kimi, bu gün də Azərbaycanla həmrəyliklərini nümayiş etdirir.
Ankaranın Etimesgut bələdiyyəsi Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq rayon ərazisində böyük tablo yerləşdirib. Plakatda Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəlin imzası ilə yazılıb: “Qarabağ müharibəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərini hörmət və ehtiramla yad edirəm”.
Nəhəng tablonun üstündə Azərbaycan və Türkiyənin dövlət bayraqları həkk olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara