SİYASƏT


Ann Linde: İsveç hökuməti Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazırdır

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib.

Azərbaycanın xarici işlər naziri qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə ətraflı məlumat verib.

İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdıraraq, normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İsveçin Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.