İDMAN


Anna Başta “Satellite” turnirində gümüş medal qazanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Bolqarıstanın Plovdiv şəhərində keçirilən sablya üzrə “Satellite” turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında Anna Başta gümüş medal qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran təmsilçimiz, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Sablyaçımız onaltıdabir finalda Bolqarıstan idmançısı Kalina Atanasovanı 15:8 hesabı ilə məğlub edib. A.Başta səkkizdəbir finalda türkiyəli rəqibi Nisanur Erbil üzərində 15:6 hesablı qələbə qazanıb. İdmançımız dörddəbir finalda rəqibi Hindistan təmsilçisi Çadalavada Anandha olub. Gərgin keçən qarşılaşma qılıncoynadanımızın 15:13 hesablı qələbəsi ilə başa çatıb. A.Başta yarımfinalda bolqarıstanlı idmançı Yoana İliyevadan üstün olub (15:12). Həlledici final görüşündə Gürcüstan sablyaçısı Lika Jijieşviliyə 12:15 hesabla uduzan Anna Başta turniri ikinci sırada başa vurub.

Qrup mərhələsində 6 qələbə qazanan Valeriya Bolşakova isə turnirin dörddəbir final mərhələsinə kimi irəliləməyi bacarıb. İdmançımız ən güclü səkkizliyə yüksəlmək üçün türkiyəli rəqibləri Yasəmin Yeltekin (15:6) və Aylin Cakıra (15:4) qalib gəlib. V.Bolşakova dörddəbir finalda yarımfinalda Anna Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub. Digər qadın sablyaçılarımızdan Sevil Bünyatova və Səbinə Kərimova mübarizəni səkkizdəbir finalda dayandırıb. Qrup mərhələsini 4 qalibiyyətlə başa vuran Sevil Bünyatova onaltıdabir finalda sinqapurlu Cessika Şu Huiyə (15:7) qalib gəlsə də, növbəti görüşündə argentinalı Maurise Perezə uduzub (10:15). Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə onaltıdabir finalda Belaslava İvanovaya (Bolqarıstan) 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə türkiyəli Selin Deniz Unludağa məğlub olub (10:15). Qadın sablyaçılarımızdan Aysel Əhədova da qrup səddini adlamağı bacarsa da, onaltıdabir finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə uduzub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. Onaltıdabir finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən Cavanşir, səkkizdəbir finalda bolqarıstanlı İvan Mandova uduzub (10:15).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.