SİYASƏT


Anna Fotiqa: Azərbaycana səfərim zamanı bu gözəl ölkəyə heyran qaldım

Varşava, 13 mart, AZƏRTAC

Azərbaycana səfərim zamanı bu gözəl ölkəyə heyran qaldım. Qürurverici haldır ki, Bakı arxitekturasında polşalı mütəxəssislərin də əl işləri var. Mən Bakıda olanda polşalı mühəndis Pavel Potoskinin məzarını da ziyarət etdim.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt komitəsinin sədri Anna Fotiqa bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Anna Fotiqaya onun Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəyə, həmçinin Avropa Parlamentində beynəlxalq hüquq və təhlükəsizliyin müdafiəsi istiqamətində fəaliyyətinə görə fəxri nişan təqdim edilib. Nişanın təqdim edilməsindən sonra Anna Fotiqa Polşada azərbaycanlı hərbçi, Polşa Ordusunun zabiti, Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigarın və polyak hərbçi, Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin məzarlarını ziyarət edərək önünə gül dəstələri qoyub. Bu barədə fotoları və informasiyanı Anna Fotiqa öz Facebook səhifəsində paylaşıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.