SİYASƏT


Anna Hakopyan Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya edir

Bakı, 9 oktyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri müharibəyə təşviq kimi qiymətləndirilməlidir. Bu təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.

Bunu analitik Ehtiram Aşırlı AZƏRTAC-a açıqlamasında bildirib.

E.Aşırlı qeyd edib ki, xüsusilə, iki ölkə lideri təmas xəttində insidentlərin qarşısının alınması üçün addımların atılması ilə bağlı razılıq əldə etdiyi bir vaxtda belə bir səfərin reallaşması ayrı məna kəsb edir. Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. A.Hakopyanın səfər zamanı vərəqdən oxuyaraq bəyanat verməsi ondan xəbər verir ki, onun Dağlıq Qarabağ münaqişəsinə dair heç bir məlumatı yoxdur və sadəcə onun tərəfindən göstəriş üçün atılan addımlardır. Bir sözlə, bu, A.Hakopyanın siyasi savadının olmamasından irəli gəlir.

E.Aşırlı deyib ki, A.Hakopyanın Azərbaycan torpaqlarına səfərlər təşkil etməsinin əsas məqsədlərindən biri də qondarma rejim tərəfindən N.Paşinyana qarşı yarana biləcək hərbi çevriliş cəhdlərin qarşısını almaq və “Dağlıq Qarabağ respublikası” rejimi ilə Paşinyan arasındakı münasibətləri tənzimləməkdir. Diqqət çəkən digər məqam isə N.Paşinyanın həyat yoldaşının Rusiyaya da səfərlər təşkil etməsi və Moskva telekanallarına müsahibələr verməsidir. Bu da onu göstərir ki, A.Hakopyan əri N.Paşinyandan fərqli olaraq, Rusiya ilə münasibətlərin normallaşmasına səy göstərir.

“A.Hakopyan tərəfindən Azərbaycan torpaqlarına qanunsuz səfərlərin təşkili, səsləndirilən bəyanatlar populist və ultra-şovinist millətçi təfəkküründən başqa bir şey deyil. Ermənistanın yeni hökuməti bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda qeyd olunub ki, “hazırda səfərdə iştirak edən şəxslərlə bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.