İDMAN


Anna Yusupova: Gələcəkdə belə marafonlar Şuşada təşkil olunarsa, orada məmnuniyyətlə iştirak etmək istərdim

Bakı, 16 may, AZƏRTAC

Mən 2016-cı ildən bəri hər il Bakı marafonunda iştirak edirəm. 2019-cu ildə üçüncü yeri tutmağı bacardım. Bu il də yüksək yerlər tutmağı qarşıma məqsəd qoymuşdum. Qadınlar arasında yarışda mükafatçılar sırasında yer almaq üçün çox çalışdım. Təəssüf ki, yarışdan bir həftə əvvəl ayağımdan zədə almışdım. Ona görə də bu dəfə fəxri kürsüdə yer ala bilmədim və 1 saat 23 dəqiqə nəticə ilə dördüncü oldum.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu-2022”də qadınlar arasında yarışda dördüncü yerə çıxan Azərbaycan təmsilçisi Anna Yusupova söyləyib.

O, növbəti marafonda birinci olmaq üçün səy göstərəcəyini deyib. “Bakı Marafonu-2022”də təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan idmançısı ona marşrutboyu dəstək göstərən azarkeşlərə minnətdarlığını bildirib.

“Yolboyu maraqlı əyləncəli proqramlar təqdim olunmuşdu. Odur ki, 21 kilometr məsafəni necə qət etdiyimi hiss etmədim. Bundan başqa, marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Gələcəkdə belə tədbirlər, marafonlar Şuşada təşkil olunarsa, mən orada məmnuniyyətlə iştirak etmək istərdim”, - deyə Anna Yusupova diqqətə çatdırıb.

Qeyd edək ki, “Bakı Marafonu-2022”də qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk ikinci, ukraynalı Valentina Poltavskaya isə yarışı üçüncü pillədə başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.