İDMAN
Annemiyek Van Vliten: Bu isti və küləklər şəhərində olmaqdan çox şadam VİDEO
Bakı, 18 iyun, A.Həsənova, K.Əliyeva, AZƏRTAC
Bu isti və küləklər şəhərində olmaqdan çox şadam. Düzdür, məşqlərdə iştirak etdiyim üçün Bakını gəzmək imkanım olmayıb. Amma ilk fürsətdə bu ecazkar şəhəri gəzəcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının şose velosipedi üzrə gümüş medalçısı, Hollandiya təmsilçisi Annemiyek van Vliten deyib.
"Mən yüksək səviyyədə təşkil edilmiş ilk Avropa Oyunlarında iştirak etdiyim üçün çox şadam. Bu gün mən ölkəm üçün gümüş medal qazandım, buna görə çox sevinirəm. Bundan sonra keçiriləcək Avropa oyunlarında da iştirak etmək istərdim. Bakıda birinci dəfədir oluram. Buranın iqlimi indiyədək gördüyüm bütün şəhərlərdən fərqlidir”, - deyə idmançı qeyd edib.