DÜNYA


Anomal istilər İtaliyada ölüm hallarının 21 faiz artmasına səbəb olub

Roma, 10 avqust, AZƏRTAC

İtaliyada müşahidə edilən anomal istilər ölüm hallarının 21 faiz artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, 16 may -15 iyul tarixlərində anomal istilər səbəbindən ölkənin ümumilikdə 33 şəhərində 733 nəfər ölüb. İyun ayında isə 9 faiz çox ölüm faktı qeydə alınıb.

Bildirilib ki, cari ilin may ayından başlayaraq, ölkədə havanın temperaturu mövsüm normasından +3,2 dərəcə selsi yüksək olub. Xüsusilə də İtaliyanın mərkəzində yerləşən şəhərlərdə daha yüksək temperatur göstəricisi qeydə alınıb. İyunda temperatur mövsümi orta göstəricidən +3 dərəcə selsi yüksək olub. İyunun sonu və iyulun ilk həftəsində isə ölkədə havanın temperaturu müsbət 37-40 dərəcə selsi arasında dəyişib.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.