İDMAN


Ansu Fati “Barselona” ilə yeni uzunmüddətli müqavilə imzalaya bilər

Bakı, 14 oktyabr, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçisi Ansu Fati ilə yeni uzunmüddətli müqavilə imzalaya bilər.

AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, 16 yaşlı qvineya-bissaulu futbolçu cari mövsümdə Kataloniya klubunun əsas heyətində oynayacaq.

Ansu Fati cari mövsümdə Barselona təmsilçisinin heyətində keçirdiyi 6 oyunda 2 dəfə fərqlənib və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, mövsümün əvvəlində “Barselona”nın hücumçularının zədələndiyi səbəbindən A.Fati yeniyetmələrdən ibarət komandadan əsas heyətə cəlb olunub. Futbolçu, həmçinin ötən günlərdə İspaniya vətəndaşlığını qəbul edərək milli komandaya dəvət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.