İDMAN


Ansu Fati İspaniya millisində rekorda imza atıb

Bakı, 7 sentyabr, AZƏRTAC

İspaniya millisinin və “Barselona” futbol klubunun hücumçusu Ansu Fati yığma komandanın tarixində qol vuran ən gənc futbolçu olub.

AZƏRTAC xəbər verir ki, 17 yaşlı hücumçu UEFA Millətlər Liqasının 2-ci turunda Ukrayna millisinə qarşı keçirdiyi oyunda fərqlənib. A.Fati bu rekorda 17 yaş 311 günündə nail olub.

Hücumçu İspaniya millisinin heyətində son 84 ildə çıxış edən ən gənc futbolçudur.

Qeyd edək ki, Fati ötən mövsümdə İspaniya çempionatında keçirdiyi 24 matçda 7 qol vurub və bir məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.