DÜNYA


Antalya Diplomatiya Forumunun qonaqları Anadolu agentliyinin stendini ziyarət ediblər

Antalya, 20 iyun, AZƏRTAC

Anadolu agentliyinin Antalya Diplomatiya Forumu çərçivəsində qurduğu stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, agentliyin nəşrlərinin sərgiləndiyi stend Forumda iştirak edən media təmsilçilərinin və digər iştirakçıların görüş məkanına çevrilib. Agentliyin əməkdaşları stendin yaxınlığındakı lövhə qarşısında iştirakçılardan müsahibələr alıb, Antalya Diplomatiya Forumunun məqsəd və nəticələrini dünya ictimaiyyətinə çatdırıblar.

Stenddə sərgilənən “Atatürkdən Ərdoğana dövlət başçılarımız”, “1920-2020: Türkiyənin 100 ili”, “Türkiyə və dünya yüz ili”, “Türkiyənin ağ qitə səyahəti: Antarktida” və digər nəfis tərtibatlı nəşrlər iştirakçılara hədiyyə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.