MƏDƏNİYYƏT


Antalya “Qızıl portağal” film festivalına hazırlaşır

İstanbul, 1 oktyabr, AZƏRTAC

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 57-ci “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 3-də başlayacaq.

AZƏRTAC xəbər verir ki, ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan festivalın açılış mərasimi üçün hazırlıq işləri görülür. Festivalda yer alan milli və beynəlxalq filmlər “Ulduzlar altında” adı verilən üç açıq hava səhnəsində, sosial məsafə qaydaları çərçivəsində nümayiş olunacaq.

Festival oktyabrın 10-dək davam edəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.