DÜNYA
Antalya beynəlxalq ekoloji mükafatların sayına görə yenidən lider olub
Bakı, 1 iyul, AZƏRTAC
Hər il milyonlarla turistin üz tutduğu Antalya, Ekoloji Təhsil Fondu (FEE) tərəfindən idarə olunan “Mavi bayraq” kateqoriyasında yenə qalib olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyənin Ekoloji Təhsil Fonduna (TÜRÇEV) və Antalya “Mavi bayraq” koordinatoru Mustafa Ergiydirenə istinadən məlumat yayıb.
İspaniyada belə bayraqların sayına görə Valensiya kurortu birinci olubsa, Türkiyədə Antalya qalib gəlib. Ötən il Türkiyə bölgəsində mavi bayraqların sayı 213, bu il isə 229 olub.
Mustafa Ergiydiren Antalyanın infrastrukturu və keyfiyyətli yerləşdirmə imkanları ilə “Mavi bayraq” nominasiyasında yenidən dünyada birinci olduğunu bildirib. Bu ad təkcə özəl otel çimərliklərinə deyil, həm də ictimai çimərliklərə verilib. Bunun üçün yerli hakimiyyət orqanları hər cür səy göstərir: çimərliklərin kanalizasiya infrastrukturunun vəziyyətini, onlara qoşulmuş təmizləyici qurğuların yoxlanmasının nəticələrini, mehmanxananın və ya ictimai çimərliyin lisenziyasını yoxlayırlar.
İstirahət edənlər üçün mavi bayraq çimərliyin təmizliyinin göstəricisidir. Buna uyğun olmaq üçün əyalət səhiyyə idarəsi hər 15 gündən bir dənizdən nümunələr götürür və yoxlamanın nəticələrini açıqlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]