DÜNYA


Antalyada meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib

Bursa, 29 iyul, AZƏRTAC

Türkiyənin Antalya vilayətinin Manavgat rayonunda baş verən güclü meşə yanğını böyük təhlükə mənbəyinə çevrilib.

AZƏRTAC xəbər verir ki, 1 təyyarə, 13 helkopter, 103 yanğınsöndürən maşın və 412 nəfərlik canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub.

Yanğının yaratdığı təhlükə səbəbindən risklər altında olan 4 məhəllədən ümumilikdə 62 nəfər təxliyə olunub.

Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, alovun sürətlə yayılmasının əsas səbəbi və söndürlməsinin çətinliyi yanğın ocaqlarının sayının çox olmasıdır.

Yanğın nəticəsində kənd təsərrüfatına külli miqdarda zərər dəyib.

Hələlik yanğının səbəbi barədə dəqiq məlumat verilmir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.