DÜNYA
Antalya sahillərində 3,6 min il əvvəl batmış ticarət gəmisi aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Aralıq dənizinin Türkiyə sahillərində, Antalya rayonunda ümumi çəkisi 1,5 ton mis külçələr yüklənmiş və 3600 il bundan əvvəl batmış ticarət gəmisi aşkarlanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 14 metr uzunluğu olan gəmi Antalya Aralıq Dənizi Universitetinin arxeoloqları tərəfindən tapılıb. Əyalət qubernatoru Munir Karaoğlu tapıntını sualtı arxeologiyada sıçrayış adlandırıb.
“Gəminin qalıqları eramızdan təxminən 1600 əvvələ aid edilir. Bu gəmi dünyanın ilk sənaye məhsullarını daşıyırdı”, - deyə Munir Karaoğlu bildirib.
Alimlərin fikrincə, Egey dənizi istiqamətində üzən ticarət gəmisi şiddətli qasırğa nəticəsində batıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]