Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Antalyada Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilib

Antalya, 9 oktyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də daxil olmaqla, ümumilikdə 350-dan çox iştirakçı qatılıb.

Görüşün rəsmi açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin artıq ənənə halını alan görüşlərinin məqsəd və vəzifələrindən danışıb. Dünyanın ayrı-ayrı bölgələrində mövcud münaqişələrin əməkdaşlığa və inkişafa ən böyük əngəl olduğunu diqqətə çatdıran və bu kontekstdə Dağlıq Qarabağ probleminə də toxunan TBMM-in sədri bildirib ki, Türkiyə Avrasiya məkanında ölkələrin, xalqların sülh və bərbərlik, inkişaf və rifah şəraitində yaşamasına tərəfdar olmaqla, bu istiqamətdə önəmli addımlar atmaqdadır. Qeyd edilib ki, Yaxın Şərqdə, həmçinin Suriyada sülh və əmin-amanlığın təmini üçün edilən cəhdlər buna nümunədir.

Parlament sədri qeyd edib ki, heç kim iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qaçqın və məcburi köçkünlər məsələsinə biganə qalmamalıdır. Terrorçuluğun və onun dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən Binəli Yıldırım qeyd edib ki, Türkiyə bundan sonra da terrorun bütün forma və metodlarına, o cümlədən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq Avrasiya məkanında sülhün, sabitliyin və inkişafın qorunması ilə bağlı ölkəsinin mövqeyindən bəhs edib. İnkişaf və rifaha nail olmaq üçün dünyadakı problemlərin dialoq vasitəsilə çözülməsinin əhəmiyyətindən danışan sədr qeyd edib ki, bu prosesdə parlamentlərarası əlaqələr mühüm gücə malikdir. Koreya yarımadasındakı mövcud problemin sülh yolu ilə tənzimlənməsinin əhəmiyyəti böyükdür.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxışında dünyadakı mövcud problemlərin qarşılıqlı anlaşma şəraitində həllinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin Suriya probleminin həlli üçün bu ölkənin bəzi bölgələrində atəşkəsin əldə olunması kimi nailiyyətlər maraqlı ölkələr arasında aparılan səmərəli dialoq nəticəsində qazanılıb. Vyaçeslav Volodin bildirib ki, bütün problemlərin həllinə və iqtisadi əməkdaşlığa yalnız sülh çağırışları sayəsində nail olmaq mümkündür.

Çıxışında yüksək təşkilatçılığa görə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma səmimi təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hazırda bütün dünya miqyasında getdikcə daha da kəskinləşən qlobal problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı mühüm rol oynayır. İnanıram ki, bugünkü müşavirədə aparılan fikir mübadiləsi bir-biri ilə sıx bağlı olan iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf məsələlərində parlamentlərimizin ortaq mövqelərinin müəyyən edilməsinə kömək göstərəcək.

Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya birliyi özünün artan tələbatı ilə bu tələbatın yerinə yetirilməsi imkanları arasında kəskin ziddiyyətlərlə qarşılaşıb. Həmin ziddiyyətlərin həll edilməsi üçün işlənib hazırlanan davamlı inkişaf modeli bəşəriyyətin təhlükəsiz gələcəyi naminə bütün dövlətlərin səylərinin birləşdirilməsi üzərində qurulub. Qlobal xarakter alan dünya iqtisadiyyatı getdikcə daha çox dərəcədə ekoloji tarazlığın qorunub saxlanması konsepsiyasına əsaslanır.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əgər Avrasiya məkanına nəzər salsaq, əminliklə söyləyə bilərik ki, burada iqtisadi inteqrasiyanın güclənməsi davamlı inkişaf sahəsində məqsədlərə nail olunmasına töhfə verə bilər. Böyük Avrasiya ölkələrində dünya enerji istehsalının onda doqquz hissəsi, dünya ümumi daxili məhsulunun dörddə üç hissəsi və dünya əhalisinin beşdə dörd hissəsi cəmləşib. Məmnunluqla qeyd etmək istəyirəm ki, bu gün Avrasiya məkanında bir sıra ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təşəkkül tapıb.

Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi inteqrasiya üçün yaranmış imkanların lazımınca dəyərləndirilməsi nəticəsində meydana gəldiyini diqqətə çatdıran parlament sədri Oqtay Əsədov bildirib ki, bu layihələr Avrasiya qitəsinin çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəlib. İqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi zamanı ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Azərbaycanın iştirak etdiyi bütün transmilli layihələrdə ətraf mühitin qorunması ən yüksək standartlar əsasında təmin edilir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri və digər enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynadığını ifadə edən Milli Məclisin sədri bildirib ki, Azərbaycan XXI əsrin qlobal geosiyasi və geoiqtisadi layihələrindən biri olan Böyük İpək Yolunun bərpasında yaxından iştirak edir. Dünyanın ən uzun ölçüyə malik olan “iqtisadi kəməri” onlarca ölkənin zəngin energetika, sənaye, kənd təsərrüfatı, turizm potensialına əsaslanmaqla regionlararası əməkdaşlığın çoxcəhətli innovasiya modelini təqdim edir. Ötən il İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən iki həftəyə qədər azalda bilər. Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən digər bir layihə “Şimal-Cənub” dəhlizi adlanır. Bu layihə ölkəmizin nadir coğrafi mövqeyindən istifadə etməklə Hindistanı, İranı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Artıq layihənin bizə aid olan hissəsi tamamlanıb. Yaxın gələcəkdə bu layihə İpək Yoluna inteqrasiya olunaraq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.

Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər. Təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir. Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daim təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır.

İştirakçı tərəflərin nümayəndə heyətlərinin başçıları Avrasiya ölkələri parlament sədrlərinin görüşü ilə bağlı ölkələrinin mövqelərini çatdırıblar. Çıxışlarda münaqişə və problemlərin yaratdığı çətinliklər, onların həlli yolları, iqlim dəyişikliyinin fəsadları, ətraf mühitin geniş şəkildə çirklənməsinin yaradığı ağır nəticələrdən bəhs olunub. Bu görüşlərin daha intensivləşməsi və müzakirə olunan məsələlərin icrası ilə bağlı maraqlı təklif və çağırışlar səslənib.

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işini panel iclaslarla davam etdirib.

Plenar iclasda çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov təcavüzkar dövlətin nümayəndəsinə tutarlı cavab verərək deyib: “Ermənistan nümayəndəsinin bu mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər məni yenidən çıxış etməyə vadar etdi. Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bu məsələyə münasibət bildirərək deyib: “Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa, mövcud problemlər aradan qalxa bilər”.

Sonda Bəyannamə qəbul olunub.

Mərasim keçirilən məkanda Anadolunun tarixini əks etdirən təsviri incəsənət əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Qeyd edək ki, Avrasiya ölkələri parlament sədlərinin iki il əvvəl Moskvada başlayan və ötən il Seulda davam etdirilən dialoqu artıq ənənəyə çevrilib. Azərbaycan bu prosesdə fəal iştirak edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb