SİYASƏT


Antalyada Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilir

Antalya, 9 oktyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Rəsmi məlumata görə, tədbirə 39 ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də olmaqla 350-dən artıq iştirakçı qatılıb.

Qeyd edək ki, Avrasiya ölkələri parlament sədrlərinin iki il əvvəl Moskvada başlayan və ötən il Seulda davam etdirilən dialoqu artıq ənənəyə çevrilib. Azərbaycan bu prosesdə fəal iştirak edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.