CÜMHURİYYƏT - 100


Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim təşkil olunub

Antalya, 25 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyənin Antalya şəhərində yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi və Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi (AKD) tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, Antalyada yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanla bağlı film nümayiş olunub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və AKD-nin sədri Çingiz Qədimlinin çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, Qafqaz İslam Ordusunun rəşadəti, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranan tarixi imkan və s. məqamlardan bəhs olunub.

Diqqətə çatdırılıb ki, xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət müstəqilliyimiz qorunub saxlanılıb və ölkəmizin inkişaf strategiyası müəyyən edilib.

Rəsmi hissədən sonra Azərbaycan və Türkiyənin tanınmış incəsənət xadimlərinin, o cümlədən tələbələrin ifasında zəngin bədii proqram təqdim edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.