MƏDƏNİYYƏT


Antalyada Birinci Türkiyə-Rusiya Klassik Musiqi Festivalı start götürür

Bakı, 8 may, AZƏRTAC

Qarşılıqlı Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli çərçivəsində mayın 8-də Antalyada ilk dəfə Türkiyə-Rusiya Klassik Musiqi Festivalı start götürüb. Mayın 8, 9 və 11-də Sidedə Antik Teatrın səhnəsində Rusiya və Türkiyə musiqiçilərinin konsertləri olacaq.

Tədbirin təşkilatçısının mətbuat xidmətindən bildiriblər ki, festival proqramının əsas iştirakçısı “Virtuozı Moskvı” Kamera Orkestridir. Orkestrin rəhbəri Vladimir Spivakov həm dirijor, həm də solo ifaçı kimi çıxış edəcək. Festivalda Rusiyanı soprano Anna Aqlatova, fleytaçı Sergey Juravlyov və akkordeonçu Nikita Vlasov, Türkiyəni virtuoz pianoçu Fazil Say təmsil edəcəklər. Qeyd edək ki, daha əvvəl F.Say 13 il ərzində Moskvada ilk dəfə solo konsertlə çıxış edib. Açılış konsertində böyük sovet bəstəkarı Dmitri Şostakoviçin və XX əsr Türkiyə bəstəkarlıq məktəbinin klassiki Nevit Kodallının əsərləri səslənəcək.

Tədbirin təşkilatçılarının sözlərinə görə, festivalın əsas məqsədi iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.

Festivalın ikinci günü üç dövrün – barokko, klassisizm və romantizm dövrlərinin instrumental musiqisinə həsr olunacaq. Türkiyə-Rusiya Klassik Musiqi Festivalı “Pyatsolla-qala” konserti ilə başa çatacaq.

Aprelin 8-də start götürən qarşılıqlı Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli dekabr ayına qədər davam edəcək. Onun proqramına istər Rusiyada, istərsə də Türkiyədə festivallar, konsertlər, tamaşalar, sərgilər, sirk tamaşaları daxildir. Mədəniyyət və Turizm İli İstanbulda Tretyakovsk Qalereyasının kolleksiyasından eksponatların sərgisi ilə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.