SİYASƏT
Antalyada QDİƏT Parlament Məclisi komitələrinin iclasları keçiriləcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, QDİƏT PM-nin hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər məsələlərə baxılacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]