DÜNYA
Antalyada avtobus qəzası nəticəsində 11 rusiyalı turist xəsarət alıb VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Türkiyənin cənubunda yerləşən Antalya vilayətində bu gün səhərə yaxın baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 rusiyalı turist və nəqliyyat vasitələrinin sürücüləri xəsarət alıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, avtobus 25 Rusiya vətəndaşını Bələkdən aeroporta aparan zaman qəflətən yola çıxan yük avtomobili ilə toqquşub. Nəticədə avtobus trasdan çıxaraq aşıb.
Rusiyanın Antalyadakı baş konsulluğu yaralananlar barədə məlumatı təsdiqləyib. Qəza zamanı ölən olmadığı və yaralılara təcili tibbi yardımın göstərildiyi bildirilir.