DÜNYA


Antalyada əlverişsiz hava şəraiti bir sıra çətinliklər törədib

İstanbul, 15 aprel, AZƏRTAC

Türkiyənin Antalya şəhərində səhər saatlarında əsən güclü külək bir sıra çətinliklər törədib.

AZƏRTAC xəbər verir ki, şəhərdə davam edən əlverişsiz hava şəraiti 15 istixananın dağılmasına, evlərin dam örtüyünün aşmasına, ağacların kökündən qopmasına və elektrik naqillərinin yararsız hala gəlməsində səbəb olub.

Hadisənin fəsadları barədə ilkin məlumatda yaralananların olmadığı bildirilir. Hazırda zərər görmüş bölgənin təmizlənməsi və elektrik naqillərinin bərpa işləri davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.