İDMAN


Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir

Bakı, 25 aprel, AZƏRTAC

Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının səkkizinci turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından 14-ü ötən turu uğurla başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Ümid Allahverdi (4,5 xal), Yusif Kərimli (5 xal), Yusif Babayev (4 xal), Rəfael Bayramlı (4 xal), Əhmədağa Həşimov (4), Süleyman Süleymanlı (5,5 xal), Cahandar Azadəliyev (5 xal), Tamerlan Hüseynzadə (3 xal), Uğur İlyaslı (5,5 xal), Murad İbrahimli (4 xal), Səlbinaz İsmayılova (3,5 xal), Aytac Kərimli (4 xal), Səbinə Rzalı (4 xal), Cəmilə Paşayeva (3,5 xal) ötən turda qələbə qazanıblar. Fərid Orucov (4,5 xal), Nərmin Nəsibova (3,5 xal), Raya Əhmədova (2 xal) heç-heçə ediblər. Digər təmsilçilərimiz isə məğlub olublar.

On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı mübarizə aparır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.