İDMAN


“Antalyaspor”un futbolçusu Azərbaycan millisinə dəvət olunub

“Antalyaspor”un futbolçusu Azərbaycan millisinə dəvət olunub

Bakı, 30 mart, AZƏRTAC

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyada keçirəcək oyunlar üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, bu məqsədlə millimiz aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Yığmamızın heyətinə Aytac Feyzullayeva, Milana Rəhimova, Fatimə Əhmədli (hamısı “Şırnak Belediye Spor”, Türkiyə), Nailə Aliyeva, Aytac Mirzəyeva, Müjgan Seyidova, İntizar Haqverdiyeva (hamısı “Neftçi”), Fidan Cəfərova, Samirə Aşırova, Nurçin Tarverdizadə, Türkan Abdullayeva, Lalə Həsənova (hamısı “Xırdalan Siti”), Fatiməyi Zəhra Huseynli (“Sumqayıt”), Gencay Şeyma Nur (“Yukatel Kayseri”, Türkiyə), Buse Nur Kocabey (“Antalyaspor”, Türkiyə), Tuğba Nur Bozkurt (“Beykent”, Türkiyə), Eda Nur Mutlu (“Qazikentspor”, Türkiyə) və Nahidə Məmmədova (“Nuxa”) dəvət olunublar.

UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları aprelin 6-11-də Slovakiyada təşkil olunacaq.

B Liqasının beşinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu aprelin 8-də Monteneqroya qarşı keçirəcək. Matçın baş hakimi kiprli İoanna Allayiotou olacaq. Ona Despoina Demosthenous (Kipr) və Anna Vieczorek (Polşa) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Katarzina Lisiecka-Sek yerinə yetirəcək.

Aprelin 11-də Azərbaycan – Slovakiya matçı keçiriləcək. Oyun serbiyalı baş hakim Marina Jivkoviçə həvalə edilib. Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr) baş hakimin köməkçiləri, kiprli İoanna Allayiotou dördüncü hakim olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.