REGİONLAR


Antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir

Şərur, 29 noyabr, AZƏRTAC

Bir çox bakteriyalara davamlı yoluxma nəticəsində hər il dünyada 70, Avropada isə 30 mindən çox insan həyatını itirir. Hazırda dünyada, təxminən, 200 növ antibiotikdən istifadə olunur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar Şərur Rayon Mərkəzi Xəstəxanasında antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş səyyar konfransda səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il noyabr ayında Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri arasında təbliğ etməkdir. Çünki antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Elsevər Ağəliyev “Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimi Aytən Əhmədova “Pediatriyada antibiotiklərin zərəri”, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-rezidenti Aidə Bayramova “Hamiləlik dövründə antibiotiklərdən istifadə qaydaları” mövzularında məruzələr ediblər. Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

Tədbirdə müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.