İQTİSADİYYAT


Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində antidempinq xidmət modulundan istifadəni özündə əks etdirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) barədə Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur.

Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.

MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrüfat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.