İQTİSADİYYAT


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reallaşdıracağı layihələri açıqlayıb

Bakı, 17 fevral, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçiriləcək layihələr açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli həyata keçiriləcək layihələrə xidmətin “2021-2023-cü illər üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş tədbirlərin icrası, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin təkmilləşdirilməsi, Dövlət satınalmalarının vahid internet portalının Dövlət Xidməti tərəfindən idarəolunması və fəaliyyətinin təkmilləşdirilməsi, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2021-2025-ci illər üçün Dövlət Proqramı” layihəsinin hazırlanmasının aid olduğunu deyib.

M.Abbasbəyli qeyd edib ki, həmçinin “2021-2023 Milli Standartlaşdırma Proqramı” çərçivəsində 3 il ərzində 1400-dən çox standartın qəbul edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə elektron platformanın yaradılması, ölkənin laborator-sınaq infrastrukturu potensialının gücləndirilməsi, əhaliyə və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq da reallaşdırılacaq layihələrə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.