CƏMİYYƏT
Antinarkotik təbliğatı istiqamətində tədbir: “Biz sağlam gələcəyi seçirik”




Bakı, 7 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində “Biz sağlam gələcəyi seçirik” mövzusunda tədbir təşkil edilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, 7 saylı Peşə məktəbinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.