DÜNYA


Antisemitlər Bundestaqı məhkəməyə veriblər

Berlin, 8 oktyabr, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən BDS (“Boykot, təcrid və sanksiyalar”) adlı təşkilat Bundestaqın qərarı ilə antisemit qurum hesab edilir. Bu təşkilatın üzvləri İsrail mallarını boykot etməyə çağırır, yəhudi dövləti ilə elm və mədəniyyət sahəsində əməkdaşlığa qarşı çıxış edirlər. Onların məqsədi İsrailin 1967-ci ildə tutduğu ərazilərin işğalına son qoymaq və fələstinlilərin hüquqlarını genişləndirməkdir.

2019-cu il mayın 17-də XDİ/XSİ, ASDP, “Yaşıllar” və ADP partiyaları BDS-i antisemit hərəkat kimi pisləyən qətnamə qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, indi həmin təşkilat bu qərara qarşı məhkəmə iddiası qaldırıb. Almaniyada İsrailin əleyhdarları bildirirlər ki, həmin qətnamə onların konstitusion hüquqlarını və söz azadlığını məhdudlaşdırır. Onlar Bundestaqın qətnaməsini məhkəmə yolu ilə etibarsız və ayrı-seçkilik xarakterli qətnamə kimi tanınmasına çalışırlar. Bu günlərdə Berlin inzibati məhkəməsində iki kişinin və bir qadının şikayətinə baxılır. Hüquqlarının pozulmasını iddia edən bu adamların şikayətinin mahiyyəti ondan ibarətdir ki, məlum qətnamədən sonra onların açıq çıxış etmələrinə bir neçə dəfə rədd cavabı verilib.

Məhkəmə çəkişməsinin nə ilə başa çatacağı yaxın vaxtlarda məlum olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.