SİYASƏT


Antoni Blinken: Təklif olunmuş sülh müqaviləsi üzrə danışıqları sürətləndirmək vacibdir

Bakı, 5 oktyabr, AZƏRTAC

Təklif olunmuş sülh müqaviləsi istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqları sürətləndirmək və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirmək vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə apardığı üçtərəfli telefon danışığı zamanı bildirib.

Üçtərəfli telefon danışığında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.