MƏDƏNİYYƏT


Antonio Banderas yeni filmdə kriminal avtoritet rolunu canlandıracaq

Bakı, 9 avqust, AZƏRTAC

Hollivud ulduzu Antonio Banderas “Banşinin qisası” trillerinin yaradıcıları ilə əməkdaşlığı davam etdirərək yeni “Clean-Up Crew” filmində kriminal avtoritet roluna çəkiləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Yale Entertainment”in ərsəyə gətirdiyi filmdə əsas rolları Antonio Banderasla birlikdə Conatan Riz Meyers və Melissa Leo canlandıracaqlar. Filmin rejissoru Con Keyes, ssenari müəllifi isə Metyu Rocersdir.

Ekran əsərində cinayətkar aləmin təmizlənməsindən bəhs edilir. Film qəhrəmanlarının qarşılaşdıqları hadisələr onları kriminal avtoritetlərlə və korrupsiyalaşmış hökumət agentləri ilə üz-üzə qoyur. C.R.Meyers və M.Leo təmizləmə qrupunun liderləri, A.Banderas isə kriminal avtoritet rolunu canlandırır.

Qeyd edək ki, ekran əsəri 2022-ci ilin sentyabrında Toronto film festivalında təqdim ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.