İDMAN


Antonio Covinatsi: Bakı trası ilə məni xoş xatirələr bağlayır

Bakı, 15 aprel, AZƏRTAC 

Asan uik-end deyildi. Biz uduzmağımızın əvəzini çıxmaq ümidi ilə rəqiblərdən fərqli taktika seçdik, uzaq mövqedən start götürdük.

AZƏRTAC xəbər verir ki, bu fikri “Alfa Romeo”nun pilotu Antonio Covinatsi bildirib.

Pilot deyib: “Planımız baş tutmadı, indi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı trası ilə məni xoş xatirələr bağlayır. Formula 1 sükanı arxasında Bakı trasında çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”.

Xatırladaq ki, Antonio Covinatsi Çin Qran-Prisini 15-ci yerdə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.