İDMAN


Antonio Covinatsi: Bakı trası mənim üçün ən sevimli traslardan biridir

Bakı, 2 iyun, AZƏRTAC

İki həftə bundan əvvəl Monakoda Antonio Covinatsinin 10-cu yer tutması sayəsində “Alfa Romeo” bu mövsüm ərzində ilk xalını qazandı. Komanda Bakıda növbəti addım atmağa ümid edir.

AZƏRTAC xəbər verir ki, komandanın rəhbəri Frederik Vasser bu barədə fikirlərini bölüşüb: “Biz növbəti uik-endi komandaya inamla başlayırıq. Biz Monakoda uğursuzluq zolağını qırmağa və xal qazanmağa nail olduq.

Ümidvarıq ki, Bakıda yenidən təsnifatın ikinci hissəsinə keçməyə, yürüşdə yaxşı iştirak etməyə və yenidən layiqli nəticə əldə etməyə nail olacağıq”.

Pilot Kimi Raykkonen vurğulayıb: “Komanda hər yürüşdə sürəti artırır. Bunu görmək xoşdur. Ümid edirəm ki, bu uik-end də uğurlu olacaq. Bakıda yürüşlər bəzən olduqca xaotik alınır, beləliklə, əgər işin öhdəsindən gəlsək, bizim şansımız olacaq”.

Pilot Antonio Covinatsi də fikirlərini bölüşərək deyib: “Bakı trası mənim üçün ən sevimli traslardan biridir. Burada GP2-də yürüşləri və 2019-cu ildə Formula 1 çempionatında ilk uik-endimi böyük məmnuniyyətlə xatırlayıram. O vaxt mən şənbə gününü çox məhsuldar keçirmişdim. Həmin gün mən ilk dəfə olaraq təsnifat finalına çıxdım və bunu yaxın uik-enddə təkrarlamaq istərdim.

Monako mərhələsində mən xal qazandım və bu, yaxşı nəticə idi. Ümidvaram ki, biz Bakıda da eyni dərəcədə rəqabətədavamlı olacaq və əldə etdiyimiz irəliləyişi finişdə xala çevirəcəyik”.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi iyunun 4-6-da, Bakı şəhər halqasında keçiriləcək. COVID-19 pandemiyası səbəbindən ötən il Azərbaycan Qran-Prisi təşkil olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.