İDMAN


Antonio Konte: Növbəti mərhələyə vəsiqəni təmin etməyimizə çox sevinirəm

Bakı, 23 noyabr, AZƏRTAC

Mənim üçün ilk hissədəki epizodun düzgün qərar olmasını söyləmək çətindir. Düşünürəm ki, hakimin qərarıdır və o öz işini görür.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində "Qarabağ"la səfərdə qarşılaşan "Çelsi klubunun baş məşqçisi Antonio Konte oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün növbəti mərhələyə vəsiqəni təmin etməyimizə çox sevinirəm. Komandamın oyunundan razı qaldım. Futbolçuların belə atmosferada oynamağı və azarkeşlərin daima komandaya dəstək olması sevindirici haldır”,- deyə baş məşqçisi bildirib.

Antonio Konte deyib ki, “Qarabağ”ın özünəməxsus oyun tərzi var. Hətta azlıqda qalmalarına baxmayaraq yaxşı mübarizə apardılar.

“Liverpul”la oyuna hazırlaşmaq üçün bir gün vaxtlarının olduğunu söyləyən baş məşqçi müsbət nəticə naminə əllərindən gələni edəcəklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.