CƏMİYYƏT


Antonio Quterreş: 2018-ci il iqlim dəyişmələri baxımından ən pis il olub

Bakı, 15 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bəyan edib ki, 2018-ci il iqlim dəyişmələrinin müşahidələri tarixi ərzində ən pis il olub. 2018-ci il neqativ göstəricilərə görə bütün rekordları üstələyib və müşahidələr tarixi ərzində dördüncü ən isti il olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Antonio Quterreş Nayrobidə keçirilən ətraf mühitin mühafizəsi üzrə Assambleyanın bağlanış mərasimindəki çıxışında deyib.

Baş katibin sözlərinə görə, 2018-ci ildə dünyanın bütün regionları Filippində və Çinin cənubunda dağıdıcı tufandan tutmuş Argentina və Cənubi Afrikadakı ekstremal quraqlığadək iqlim sabitliyinin pozulmasına məruz qalıb.

“İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məlumatına görə, bundan sonra baş verən dağıdıcı nəticələrin qarşısını almaqdan ötrü bizə sürətli qlobal dəyişikliklər zəruridir. 2030-cu ilədək atmosferə buraxılan zərərli tullantıların dərəcəsinin 2010-cu ildəki göstəricilərə nisbətdə 45 faiz azaldılmasına, 2050-ci ilədək isə sıfır dərəcəyə düşməsinə nail olmaq lazımdır”, - deyə A.Quterreş bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.